Laçın sakinində odlu silah aşkarlandı 

15:01 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın rayon sakinindən odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Arif Eyvazovdan müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

 

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.